Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) İsrailin baş naziri Binyamin Netanyahuya qarşı həbs orderi tələb etməsi onun karyerasını xilas etdi.
Hit.az xəbər verir ki, bu barədə “Politico” qəzetinin Avropa bürosu yazır.
Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru Kərim Xan İsrailin baş naziri Bünyamin Netanyahu, müdafiə naziri Yoav Qalant və Fələstinin HƏMAS qruplaşmasının üç liderinin həbsinə order istəyəcəyini açıqlayıb.
Məqalədə bildirilir ki, istefada olan general və deputat Benni Qantsın Netanyahunun Qəzza zolağının müharibədən sonrakı idarə planı üzrə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə hökumətdən istefa verəcəyi ilə hədələməsi səbəbindən İsrail baş nazirinin ofisi dağılmaq ərəfəsində idi.
Nəşr yazıb ki, Xanın açıqlaması sayəsində təqaüddə olan generalın üsyanı arxa plana keçib. Netanyahunun əsas siyasi opponentlərindən biri olan İsrail müxalifətinin lideri Yair Lapid Beynəlxalq Cinayət Məhkəməsinin prokurorunu pisləyib və onun bəyanatını “fəlakət” və “tam mənəvi uğursuzluq” adlandırıb. Lapid parlamentdəki fraksiyasına ABŞ Konqresinin Xanın təşəbbüsünü pisləyəcəyinə ümid etdiyini bildirib.
O deyib ki, demokratik ölkənin liderləri ilə HƏMAS arasında paralellər aparmaq ədalətin təhrifidir və açıq-aşkar mənəvi iflasdır.
Samir