Çin Tayvanı sarsıdıcı zərbə ilə hədələyir

DÜNYA
20:46 / 21.05.2024
332

Tayvanın müstəqilliyi yolu yanlışdır. Əgər Tayvan Administrasiyasının rəhbəri Lai Qinqde və onun partiyası bu yolu tutmağa qərar verərsə, onlar istər-istəməz Çindən sarsıdıcı zərbə ilə üzləşəcəklər. 

HİT.az xəbər verir ki, bu barədə "Sinxua" agentliyinin mayın 20-də vəzifəsinin icrasına başlaması münasibətilə Qinqdenin çıxışına şərhində deyilir.

"Heç bir qüvvə milli birləşmənin həyata keçirilməsinə mane ola bilməz. Materik Çin Tayvanın müstəqilliyi üçün bölücü hərəkətlərə heç vaxt dözməyəcək. Əgər Lai Qinqde və DPP (Tayvanın müstəqilliyini müdafiə edən Demokratik Tərəqqi Partiyası-Red.) Tayvanın müstəqilliyinin yanlış yolu ilə çıxılmaz risklərə getməyə cəsarət etsələr, onlar qaçılmaz olaraq sarsıdıcı zərbə ilə üzləşəcəklər", deyə nəşr qeyd edib.

Qeyd olunur ki, Qinqde çıxışında “iki dövlət” nəzəriyyəsini və boğazın iki tərəfinin bir-birinə aid olmadığını açıq şəkildə təbliğ etməklə yanaşı, Çini yad ölkə adlandıracaq qədər "irəli gedib". 

Bu arada, Çin Xarici İşlər Nazirliyi ABŞ dövlət katibi Entoni BlinkeniTayvan Administrasiyasının rəhbəri Lai Qinqdeni andiçmə mərasimi münasibətilə təbrik etdiyinə görə tənqid edib. Departamentin rəsmi nümayəndəsi Vanq Venbin bildirib ki, ABŞ öz öhdəliklərini pozur və adaya yanlış siqnallar göndərir.

"Bu, Birləşmiş Ştatların Tayvan bölgəsi ilə yalnız mədəni, ticarət və digər qeyri-rəsmi əlaqələri saxlamaqla bağlı üzərinə götürdüyü siyasi öhdəliyin ciddi şəkildə pozulmasıdır", deyə Venbin bildirib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Blinkenin "Tayvan separatçı qüvvələrinə yanlış siqnal" göndərdiyini vurğulayıb. O, həmçinin qeyd edib ki, Pekin Vaşinqtona diplomatik şikayət edib və onu "səhvlərini dərhal düzəltməyə" çağırıb.

Samir

0