ABŞ Federal Əmanətlərin Sığortalanması Korporasiyasının (FDIC) sədri Martin Qrunberq tənzimləyici strukturlar daxilində cinsi qısnama və digər pozuntularla bağlı aparılan araşdırmadan sonra istefa verməyə hazır olduğunu açıqlayıb.
HİT.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.
71 yaşlı Qrunberq işçilərə yazdığı məktubda varis təyin olunan kimi vəzifəsini tərk edəcəyini bildirib. Qərar respublikaçı sədr müavini Travis Hillin FDIC-in rəhbəri vəzifəsini icra etməsinə mane olacaq.
"Son hadisələri nəzərə alaraq, varisim təsdiqlənən kimi istefa verməyə hazıram", deyə Qrunberq bildirib.
Rəsmi bu ana qədər vəzifələrini yerinə yetirməyə davam edəcəyinə, o cümlədən "iş yerində mədəniyyətin dəyişdirilməsinə" söz verib.
Ağ Ev artıq elan edib ki, Co Bayden tezliklə yeni FDIC sədrini təyin edəcək və Senat onu tez bir zamanda təsdiq etməli olacaq. Bundan əvvəl hər iki partiyanın konqresmenləri qalmaqal fonunda Qrunberqi istefaya çağırmışdılar.
234 səhifəlik hesabata görə, FDIC-də "patriarxal" və "misoginist" atmosfer hökm sürürüb. Nəşr qeyd edir ki, korporasiya təqiblərlə bağlı çoxsaylı şikayətlərə məhəl qoymayıb və cinayətkarlar sadəcə olaraq başqa şöbələrə köçürülüb və ya hətta yüksəldilib.
Samir