KİV: Gürcüstan Aİ-yə namizəd statusundan məhrum ediləcək

DÜNYA
14:42 / 22.05.2024
242

Tiflis xarici agentlər haqqında qanundan imtina etməsə, Brüssel Gürcüstanı Avropa İttifaqına üzv olmaq üçün namizəd statusundan məhrum edə bilər. 

HİT.az xəbər verir ki, bu barədə “Foreign Policy” yüksək vəzifəli məmura istinadən məlumat yayıb.

“Əgər qanun layihəsi geri götürülməsə, Avropa Komissiyası oktyabrda təqdim edilməli olan icmanın genişlənməsi üzrə illik hesabatda namizədin statusunu təsdiq etmədiyi barədə Gürcüstan hökumətinə məlumat verəcək", deyə mənbə bildirib.

Mayın 22-də Avropa İttifaqı "xarici agentlər haqqında" qanunun qəbulu ilə əlaqədar Gürcüstanla vizasız rejimin ləğvini təklif edib. Bundan əvvəl Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib ki, Avropa İttifaqı gürcü müxalifətini maliyyələşdirməsinə görə özünü izah etməlidir.

Ötən həftə Gürcüstan prezidenti "xarici agentlər haqqında" qəbul edilmiş qanunu imzalamaqdan imtina edərək, bunu Gürcüstanın Avropa yoluna maneə adlandırıb. Sənəd ölkədə etirazlara səbəb olub.

Samir

0