"Rusiya prezidenti Vladimir Putin Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üzrə dialoqa başlamağa hazır deyil".
HİT.az "ZDF Heute" nəşrinə istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib.
"Dünyanın yarısı hər gün sülhü müdafiə etməyə çalışır. Amma bunun üçün, təəssüf ki, söhbətə tam hazır olmayan Rusiya prezidenti də lazımdır", deyə XİN başçısı bildirib.
Almaniya Xarici İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, Moskvanın nüvə təlimləri də Rusiya hökumətinin dialoqa getmək istəmədiyini göstərir.
Bundan əvvəl Berbok bildirib ki, Qərb ölkələri Avropa İttifaqı ölkələrinin sərhədlərində Rusiya qoşunlarının mümkün görünməsindən qorunmaq üçün münaqişədə Ukraynaya daha fəal kömək etməlidir:
"Biz indi bütün qüvvələrimizi birləşdirməliyik ki, Ukrayna sağ qala bilsin və Putinin qoşunları yaxın gələcəkdə sərhədlərimizə çatmasın".
Samir