Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps deyib ki, NATO-nun üzvü olmayan, lakin onun müdafiə çətirindən faydalanan neytral ölkələr gec-tez alyansa qoşulmalı olacaqlar.
HİT.az xəbər verir ki, bu barədə “Politico” yazıb.
Qeyd olunur ki, Şapps uzun müddət öz neytrallığını qoruyan İrlandiya, Malta, Avstriya və İsveçrənin Şimali Atlantika Alyansına qoşulması üçün lobbiçilik edəcəyini açıq şəkildə ifadə edib. O, təşkilatdan bu və ya digər şəkildə faydalanan ölkələrin NATO-ya daxil olmasına çalışacağını vurğulayıb.
"Bəzi Avropa ölkələri NATO-nun mövcudluğundan səmərəli şəkildə faydalanır, onlar azadlıq və azadlığın faydalarından istifadə edirlər, lakin qitənin kollektiv mühafizəsinə qoşulmurlar. Bununla belə, "canavar" Avropa təhlükəsizliyinin arxa qapısında dayandıqda, neytrallığa yer qalmamalıdır", deyə Şapps bildirib.
Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan etmişdi ki, Kreml NATO-nun Rusiya Federasiyasının sərhədlərinə doğru irəliləməsini və alyans üzvlərinin düşmənçilik ritorikasını ölkənin təhlükəsizliyini təmin etmək üçün əlavə tədbirlər görmək üçün əsas hesab edir.
Samir