"Zelenski alternativsiz deyil, həlledici keyfiyyəti də yoxdur" - OLAY AÇIQLAMA

DÜNYA
14:56 / 23.05.2024
285

"Hesab edirəm ki, Ukrayna cəmiyyətində Volodimir Zelenskinin alternativi tapılacaq".

Bu sözləri Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, Zelenski böyük dövlətçilik təcrübəsinə sahib deyil:

"Düzdür, o, müharibə dönəmində kənar çağırışlar olmasına baxmayaraq ölkəni tərk etmədi. Amma onun dövlət idarəçiliyində elə bir ciddi uğuru və ya digər üstünlüyü yoxdur. Ona görə də Zelenskinin alternativinin olmadığını demək mümkün deyil".

351010

Ekspert Ukrayna Prezidenti olacaq şəxsə lazım olan xüsusiyyətlərdən də bəhs edib:

"Hər bir halda, istənilən cəmiyyətdə alternativ tapmaq olar. Təbii ki, alternativ olacaq şəxsin üstün keyfiyyətləri, dövlətçilik təcrübəsi, uğurlu daxili və xarici siyasət, eləcə də idarəetmə xüsusiyyətləri olarsa, onlar nəzərə alınacaq. Buna baxmayaraq, Zelenskini həlledici üstünlüyə sahib keyfiyyətləri olduğunu düşünmürəm".

Lakin onun sözlərinə görə, Zelenskinin mövcud şəraitdə hakimiyyətdən getməsi Ukraynanın zərərinə ola bilər:

"İndiki vəziyyətdə Ukrayna cəmiyyəti Zelenskinin ətrafında birlik nümayiş etdirməlidir. Əks təqdirdə, ölkədə xaotik vəziyyətlər baş alıb gedər. Bu da öz növbəsində müharibəyə ciddi təsir edər". 

Pərviz

0