Böyük Britaniya növbədənkənar parlament seçkilərinə gedir: "Boris Conson qayıda bilər"

DÜNYA
12:58 / 24.05.2024
411

Məlum olduğu kimi, Böyük Britaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək. 

Bunu Böyük Britaniyanın Baş naziri Rişi Sunak açıqlayıb. O, seçkilərin 4 iyul tarixində keçiriləcəyini elan edib. 

Maraqlıdır, Böyük Britaniya nə üçün növbədənkənar parlament seçkilərinə gedir? 

"Report" İnformasiya Agentliyinin əməkdaşı, siyasi analitik Kənan Novruzov Hit.az-a açıqlamasında bildirib ki, Böyük Britaniyadakı yeni hökumət özünü doğrultmadı:

351087

"Düşünürəm ki, əvvəlki hökumət daha güclü və praqmatik siyasət yürüdə bilirdi. Rişi Sunak isə özündən əvvəlki baş nazirlər kimi lider ola bilmədi. Əvvəlki hökumətdə olan Boris Conson və Liz Trass kimi güclü siyasətçilər var idi".

Ekspert hesab edir ki, növbədənkənar parlament seçkilərinə gedilməsinin əsas səbəbi yeni hökumətin uğursuzluğudur:

"Bu hökumətdə sadəcə hazırkı xarici işlər naziri Devid Kemeron diqqət çəkir. O, uğurlu diplomatdır və siyasi keçmişi də var. Həmçinin, Liz Trass xarici işlər naziri kimi də uğurlu idi".

Kənan Novruzov Borus Consonun yenidən Baş nazir ola biləcəyini də istisna etməyib:

"Fikrimcə, Böyük Britaniyada hökumət dəyişəcək, Rişi Sunakın əvəzinə başqası gələcək. Onun tanış simalardan ola biləcəyini də istisna deyil. Hətta Boris Consonun siyasətə qayıtma ehtimalı var. Məncə, Conson bu fürsəti əldən buraxmaz və yenidən şansını yoxlayar".

Pərviz

0