Gürcüstan ABŞ-ın sanksiyalarla bağlı hədəsini komik adlandırdı

DÜNYA
15:18 / 24.05.2024
367

Gürcüstanın hakim Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyasının icraçı katibi və parlament çoxluğunun lideri Mamuka Mdinaradze ABŞ-ın dövlət katibi Entoni Blinkenin respublikaya qarşı sanksiyalarla bağlı bəyanatını komik adlandırıb. 

HİT.az xəbər verir ki, deputat bu barədə "Facebook" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Bu, görünməmiş və eyni zamanda komik bir haldır ki, siz xalqın seçdiyi deputata onun fikrinə uyğun olaraq qəbul edilmiş qanuna görə sanksiyalar tətbiq edirsiniz", deyə deputat yazıb.

Mayın 14-də gürcü deputatlar "xarici agentlər haqqında" qanunu üçüncü və yekun oxunuşda qəbul ediblər. Sənədə baxılması prosesi müxalifətin təşkil etdiyi kütləvi etiraz aksiyaları ilə müşayiət olunub. Daha sonra ölkə prezidenti Salome Zurabişvili veto hüququndan istifadə edərək qanunu imzalamaqdan imtina edib.

Mayın 23-də Blinken bəyan edib ki, ABŞ Gürcüstan parlamentinin xarici agentlər haqqında qanunun təsdiqi ilə bağlı qərarı ilə bağlı hərəkətə keçmək niyyətindədir. Dövlət katibinin sözlərinə görə, həmin an Vaşinqton Tiflisin hərəkətlərinə cavab olaraq mümkün addımları nəzərdən keçirirdi.

Ertəsi gün Blinkenin bəyanatı ABŞ Xarici İşlər Nazirliyinin saytında dərc olunub və orada hakimiyyətin gürcü siyasətçilərinə və rəsmilərinə viza verilməsini məhdudlaşdırmaq planlarından bəhs edilir. Söhbət ilk növbədə respublikada demokratiyaya zərbə vurmaqda məsuliyyət daşıyan dövlət məmurlarından gedir.

Samir

0