Macarıstanın hansı halda NATO üzvlüyünü dayandıracaq? - Ekspert

DÜNYA
19:00 / 24.05.2024
293

"NATO Rusiya ilə münaqişəni gərginləşdirmək üçün hərbi planlarından əl çəkməsə, Macarıstan Şimali Atlantika Alyansındakı üzvlüyünü dayandıra bilər".

Qaynarinfo xəbər verir ki, bu barədə TASS-a müsahibəsində "Macar Sülh Dairəsi" ictimai təşkilatının rəhbəri Endre Simo bildirib.

"Əgər NATO Rusiyaya qarşı müharibəyə başlamaq planından əl çəkməsə və onun birbaşa müdaxiləsi halında Macarıstanın da hərbi münaqişəyə cəlb olunacağı bəlli olarsa, o zaman bizim NATO üzvlüyünü dayandırmaqdan başqa çarəmiz qalmayacaq", deyə ekspert vurğulayıb.

Onun fikrincə, Budapeştin özünü NATO-nun Ukraynada potensial hərbi əməliyyatında iştirakdan təcrid etmək niyyəti Macarıstan daxilində sülhü qorumaq niyyətini əks etdirən mühüm siyasi addımdır.

Bundan əvvəl Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Qərb siyasətçilərinin Rusiya təhlükəsi ilə bağlı bəyanatları Moskva ilə müharibəyə hazırlıq kimi qiymətləndirilməlidir.

Orban əlavə edib ki, hazırda dünyada baş verənlər Birinci və İkinci Dünya Müharibələrindən əvvəlki əhval-ruhiyyəyə bənzəyir, bunu mediada və siyasətçilərin açıqlamalarında görmək olar.

Samir

0