Tramp Nikki Heylini komandasına dəvət etdi

DÜNYA
22:08 / 24.05.2024
328

ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, noyabr seçkiləri nəticəsində hakimiyyətə gələrsə, onun administrasiyasında prezidentlik yarışında keçmiş rəqibi, keçmiş Respublikaçı namizəd Nikki Heyli ola bilər. 

HİT.az xəbər verir ki, bu barədə Amerikanın ABC telekanalı məlumat yayıb.

"Məncə, o, bizim komandada olacaq, çünki bizim çoxlu eyni ideyalarımız, eyni düşüncələrimiz var", deyə Tramp bildirib.

Bundan əvvəl "Axios" portalı iki mənbəyə istinadən məlumat vermişdi ki, Heylinin vitse-prezident postuna namizədliyi Donald Trampın seçki qərargahı tərəfindən aktiv şəkildə nəzərdən keçirilir. Nəşrin yazdığına görə, respublikaçıların nümayəndələri hesab edirlər ki, donorlarla sıx əlaqələri olan Heyli ilə münasibətlərin yaxşılaşdırılması Trampa ianə toplamaqda prezident Co Baydenlə fərqi aradan qaldırmağa kömək edəcək, həmçinin onun indiyədək təklifləri rədd edən bəzi respublikaçı tərəfdarları üzərində qələbə qazanacaq. Trampla əməkdaşlıqdan imtina ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsinin Respublikaçılar Partiyasındakı gələcəyini təhlükə altına qoya bilər.

Lakin Tramp bu xəbərləri təkzib etmişdi: "Nikki Heyli vitse-prezidentliyə namizəd kimi nəzərdə tutulmur, amma mən ona cansağlığı arzulayıram".

ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Tramp artıq Respublikaçıların dövlət başçısı vəzifəsinə namizəd kimi irəli sürülməsi üçün lazımi sayda nümayəndə səsini toplayıb. İkinci müddətə namizədliyini irəli sürən Bayden Demokratlar Partiyasından kifayət qədər sayda nümayəndənin dəstəyini qazanıb. 

Samir

0