Slovakiyanın baş naziri Robert Fikonun həyatına qəsddə təqsirləndirilən Juraj Cintula məhkəmədə deyib ki, o, hakimiyyətin Ukrayna ilə bağlı siyasətindən narazı olduğu üçün hücum etmək qərarına gəlib.
HİT.az xəbər verir ki, bu barədə iş materialları əlində olan "Bloomberg" agentliyi yazıb.
Juraj Cintula təkbaşına hərəkət etdiyini və Fikonu öldürməyi planlaşdırmadığını iddia edir. Məhkəmədə müttəhim baş nazirin Ukraynaya hərbi dəstəyi dayandırmaq qərarı ilə razılaşmadığını bildirib və bunu “Aİ-yə xəyanət” adlandırıb. O, həmçinin ölkə rəhbərliyində korrupsiyaya qarşı mübarizə üçün xüsusi prokurorluğun ləğv edilməsinə etiraz edib.
Mayın 15-də Juraj Cintula Robert Fikoya bir neçə dəfə atəş açıb. Atəş açan şəxs saxlanılıb və günahını etiraf edib. Onu 25 il ömürlük həbs cəzası gözləyir. Slovakiya Daxili İşlər Nazirliyi təcavüzkarın onu cinayətə sövq edən bir qrup şəxslə hərəkət etdiyini bildirib.
Robert Fiko sui-qəsddən sonra xəstəxanaya yerləşdirilib və iki əməliyyat keçirib. Son məlumata görə, siyasətçinin səhhəti stabildir, lakin ağır olaraq qalır.
Samir