Ərdoğan: "Dünyada məzlumları qoruyan mexanizm yoxdur"

DÜNYA
19:41 / 24.05.2024
309

Ukrayna və Qəzzadakı vəziyyət beynəlxalq təhlükəsizlik sistemində təcili dəyişikliklərə ehtiyac var.

HİT.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan danışıb.

"Beynəlxalq təhlükəsizlik sistemi tarazlığını itirib, qeyri-müəyyənlik artıb, qeyri-sabitlik və xaos dünyanın hakim rənginə çevrilib", deyə Türkiyə lideri cümə günü İstanbulda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, dünyanın pandemiyanın dağıntılarını aradan qaldırmağa vaxtı olmadığı halda, Rusiya-Ukrayna münaqişəsi başlayıb və Qəzza böhranı əlavə edilib.

"Qəzza qlobal nizamın acizliyini göstərdi. Dünyada asayişin qorunmasına cavabdeh olan strukturların ədalətsiz və təhrif olunmuş mahiyyəti bir daha üzə çıxdı. Hazırda dünyada məzlumları qoruyan institutsional mexanizm yoxdur. Biz Türkiyə olaraq bu vəziyyətə, bu sistemdə təcili dəyişikliklərin zəruriliyinə çoxdan diqqət çəkirik", deyə Ərdoğan bildirib.

Ərdoğan daha əvvəl bəyan etmişdi ki, BMT səmərəsiz təşkilata çevrilib və Təhlükəsizlik Şurası heç bir nəticə əldə edə bilməz, onun sözlərinə görə, BMT-də daimi üzvlük və veto sistemləri dəyişdirilməlidir.

Samir

 

0