Makronun Almaniyaya səfəri Rusiyaya qarşı koalisiya qurmaq məqsədi daşıyır?

DÜNYA
13:03 / 27.05.2024
458

"Emmanuel Makron 24 il sonra Almaniyaya səfər edən ilk Fransa Prezidenti oldu". 

Bu sözləri politoloq Rüstəm Tağızadə Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, bu, Avropa İttifaqının ənənəvi aparıcı gücləri arasında güclü əlaqələri vurğulamaq məqsədi daşıyan üç günlük səfərdir:

"Üç günlük, dörd dayanacaqlı səfər, Avropa İttifaqının iki əsas dövləti arasında müharibədən sonrakı münasibətlərin tarixi əhəmiyyətini vurğulamağa çalışacaq. Avropada nüfuz sahibi olan bu iki dövlətdən iqtisadiyyatı güclü olan tərəf Almaniyadır. Fransanın isə siyasi cəhətdən Avropa İttifaqında reputasiyası güclüdür". 

Ekspert hesab edir ki, Emmanuel Makron əsas olaraq Almaniya-Fransa əlaqələrinin inkişafı üzrə danışıqlar aparacaq:

"Bundan başqa, Makron Almaniyada keçirilən seçkilərdə sağların hakimiyyətə gəlməsindən narahatdır. Düşünürəm ki, bu mövzu ətrafında da müzakirələr olacaq. Parisdəki Sorbon universitetində Almaniya tarixi üzrə mütəxəssis Helene Miard-Delacroix deyib: "Fransa-Almaniya münasibətləri fikir ayrılığı və kompromis yolları tapmağa çalışmaqdan ibarətdir".

351255

Məncə, rəsmi Paris Rusiya-Ukrayna müharibəsi davam etdiyi bir zamanda Avropada lider dövlət statusuna yiyələnmək istəyir".

Politoloq qeyd edib ki, Fransa ABŞ-nin Avropanın daxili işlərinə qarışmasına qarşıdır:

"Ancaq unutmaq olmaz ki, NATO-da əsas pay sahibi olan ABŞ öz siyasətini Avropada yürüdür. Hesab edirəm ki, Fransa və Almaniya arasında olan bu görüş Rusiyaya qarşı koalisiya yaratmayacaq. Düzdür, silahların Ukraynaya verilməsi prosesi davam edir. Ancaq güclü koalisiyanın yaranması real görünmür. Avropa İttifaqının üzvü olmayan Böyük Britaniya Ukraynanın əsas tərəfdaşıdır". 

Rüstəm Tağızadə onu da diqqətə çatdırıb ki, Fransa isə Anqo-Saks ölkələrinə qarşı hər zaman mübarizə aparıb və bu proses davam edir:

"Almaniya isə hal-hazırda Rusiya ilə münasibətləri korlamaq niyyətində deyil. Onu da qeyd edim ki, son illər ərzində Almaniyada sağçı partiyaların nüfuzu artıb". 

Pərviz

0