"Aİ Mərkəzi Avropa ölkələrindən gəncləri Ukraynaya döyüşməyə göndərmək istəyir"

DÜNYA
21:23 / 27.05.2024
354

Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib ki, dövlət Avropa İttifaqının 14-cü anti-Rusiya sanksiyalar paketini ölkənin enerji sektorunda maraqlarına zidd olduğu üçün dəstəkləməyəcək. 

HİT.az bu barədə TASS-a istinadən xəbər verir.

"İndiki formada bu, Macarıstanın iqtisadi maraqlarına tamamilə ziddir və əlbəttə ki, Macarıstanın enerji təchizatının təhlükəsizliyini təhlükə altına qoyar. Ona görə də Macarıstan hökuməti bu formada bu sanksiyalar paketini qəbul etməyəcək", deyə Siyarto bildirib.

Bundan əvvəl Avropa İttifaqı ölkələrinin xarici işlər nazirlərinin mayın 27-də keçiriləcək iclasında 14-cü anti-Rusiya sanksiyalar paketini müzakirə edəcəyi bildirilirdi. Qeyd olunub ki, Aİ xarici işlər nazirliklərinin rəhbərləri bu iclasda Rusiyada “insan hüquqlarının pozulması ilə bağlı” yeni sanksiya rejimini, “o cümlədən ona daxil ediləcək şəxslərin siyahısını” təsdiq edəcəklər.

XİN başçısı bildirib ki, Avropa İttifaqı Kiyevdə artan itkilər səbəbindən Mərkəzi Avropa ölkələrindən gəncləri Ukraynaya döyüşməyə göndərmək üçün məcburi hərbi xidmətə çağırışı qaytarmaq istəyir:

"Aydındır ki, eskalasiya ilk növbədə qonşuluqdakı ölkələrə təsir edəcəyi üçün qoşunların əvvəlcə coğrafi baxımdan ən yaxın ölkələrdən göndərilməsi ilə bağlı arqumentləri aydın eşidə bilərsiniz".

Onun sözlərinə görə, ümumavropa hərbi xidmətə çağırışın tətbiqi Mərkəzi Avropa ölkələrindən, o cümlədən Macarıstandan gənclərin silahlı münaqişələrə göndərilməsi deməkdir. O, Aİ ölkələrini ümumavropa məcburi hərbi çağırış haqqında danışmağı dayandırmağa çağırıb və əlavə edib ki, Macarıstan öz qoşunlarını Ukraynaya göndərməyəcək.

Siyarto həmçinin qeyd edib ki, Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri şurada Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə zərbələrinə icazə verilməsi barədə "qürurla və ilhamla" danışıblar:

"Onlar qürurla və ilhamla Ukraynanın Qərb ölkələrinin verdiyi silahlardan Rusiya hədəflərinə qarşı istifadəsinə imkan yaratmaq təklifi haqqında danışdılar".

Samir

0