"Bild"in baş redaktorunun müavini Paul Ronzeymer şəhər meriyasında Kiyev meri Vitali Kliçko ilə görüşüb.
HİT.az xəbər verir ki, jurnalist paytaxt küçələrinin həyatla dolu, yollarda tıxacların, bar və hipster kafelərin izdihamlı olduğunu diqqətə çatdırıb. Müharibənin ilk günlərindən fərqli olaraq, indi Kiyevdə Ukraynanın müharibə vəziyyətində olduğunun fərqinə belə varmaya bilərsən.
"Bu gün pəncərədən kənarda mavi səma görünəndə, günəş parlayır, may ayıdır, bütün şəhər yaşıl və çiçəklərə bürünür, sülh illüziyası yaranır. Amma mən Kiyevə cəmi bir neçə gün əvvəl cəbhə xəttindən gəlmişəm. Və heç vaxt unutmamalıyıq ki, orada cəhənnəm var. Orada hər gün insanlar ölür. Çoxlu yaralı var. Kəndlər və şəhərlər dağıdılıb, izləmək ağrılıdır. Təhlükəsizlik hər bir ukraynalı üçün əsas məsələlərdən biridir. Və burada, Kiyevdə tərəfdaşlarımız sayəsində bizim yaxşı hava hücumundan müdafiə sistemlərimiz, o cümlədən insanlarımızın həyatını qoruyan alman IRIS-T sistemi var. Ona görə də şəhər yenidən dolur, insanlar bu şəhərdə özlərini təhlükəsiz hiss edirlər. Buna görə də sülh illüziyası yaranır", deyə Kliçko cavab verib.
Ronzeymer bununla razılaşıb və Kiyevdəki vəziyyəti İsraillə müqayisə edib. Oradakı şəhərlər də vaxtaşırı atəşə tutulur, lakin insanlar yaşamağa davam edir. Jurnalist bugünkü Ukraynada "iki dünya" haqqında danışıb.
"Mən artıq dedim ki, bu, illüziyadır. Küçələr dolub, şəhər yenidən canlanıb. Çünki Kiyevdə insanlar daha təhlükəsizdir. Amma buna baxmayaraq, bizə davamlı hücumlar edilir. Bizim hava hücumundan müdafiəmiz bizi çox qoruyur və bizə kömək edir. Amma yenə də insanlarla danışırsan, çox həyəcanlanırlar. Çətin gecələrdən, davamlı hava hücumlarından, cəbhədən gələn mesajlardan çox yorulmuşdular. Hər birimizin döyüşən dostları, qohumları var. Və təəssüf ki, biz çoxlu pis xəbərlər alırıq, ölənlərin və yaralananların sayı artır", deyə Kiyev meri əlavə edib.
Samir