Putin Zelenskinin legitimliyini şübhə altına aldı: Məqsədi nədir?

DÜNYA
10:15 / 29.05.2024
393

Rusiya Prezidenti Vladimir Putinin Ukraynanın dövlət başçısı Volodomir Zelenski legitimliyini tanımayıb. 

O bildirib ki, Ukraynada yeganə legitim hakimiyyət parlament və Ali Radanın spikeridir. Putin Zelenskinin səlahiyyət müddətinin uzadılmasını Konstitusiyaya zidd adlandırıb. 

"Görünən və mənə məruzə olunan ilk odur ki, Ukrayna Konstitusiyasında səlahiyyətlərin uzadılması nəzərdə tutulur, ancaq Radanın səlahiyyətləri uzadılır və Ukrayna Prezidentinin səlahiyyətlərinin uzadılması barədə heç nə deyilmir. Ukrayna Konstitusiyasının 111-ci maddəsi var ki, ali hakimiyyətin səlahiyyətləri parlamentin spikerinə verilir, xüsusən də hərbi vəziyyət şəraitində parlamentin səlahiyyətləri uzadılır". 

Görünən odur ki, Zelenskinin legitimliyi məsələsi böyüməyə davam edir. Bu proses onun hakimiyyətdən getməsi ilə nəticələnə bilər?

351426

Mövzu ilə bağlı Hit.az-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, Putinin Zelenskinin legitimliyini şübhə altına alması gülünc yanaşmadır:

"Çünki bunu deyən şəxsin özü beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq tanıdığı Ukraynanı işğal edən ölkənin prezidentidir. Faktiki olaraq, Putin işğalçı şəxsdir. Onun indiki məqamda hansısa qanundan danışması olduqca gülməli və absurd yanaşmadır". 

Ekspertin fikrincə, Putinin məqsədi Ukraynada hakimiyyəti uğrunda mübarizə başlatmağa nail olmaqdır:

"Hesab edirəm ki, bu məsələ ciddi qəbul olunmalı deyil. Rusiya Prezidenti bu istiqamətdə istədiyi qədər danışa bilər. O, bununla Ukrayna daxilində hakimiyyət uğrunda mübarizə başlatmaq və daxili çaxnaşma yaratmaq istəyir".

Pərviz

0