Çin prezidenti Si Szinpin iki il əvvəl Rusiyaya silah tədarükünün mümkünlüyünü nəzərdən keçirib, lakin ABŞ prezidenti Co Baydenlə telefon danışığından sonra bu ideyadan vaz keçib.
HİT.az xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin müəllif deyilir.
Məqalənin müəllifi David İqnatiusun istinad etdiyi Vaşinqton administrasiyasındakı mənbələr iddia edir ki, Pekin hava hücumundan müdafiə sistemi işə düşəndən sonra Moskvaya silah verməyə hazır olub. Amma Baydenin ABŞ-ın mümkün cavab tədbirləri ilə bağlı xəbərdarlığı Çinin planlarını dəyişib.
Güman edilir ki, Si Szinpinin Baydenin sözlərinə "qəzəbli reaksiyasından" sonra Rusiyaya birbaşa silah satışını ləğv edib və Çin Xalq Respublikası Dövlət Şurasının keçmiş baş nazir müavini Liu Heyə hərbi əməliyyatlarda Rusiyaya gizli yardıma nəzarət etməyi tapşırıb.
Həmçinin iddia edilir ki, Çin Ukraynaya və onun avropalı tərəfdarlarına münaqişənin sülh yolu ilə həlli variantları təklif edib.
Samir