Tramp Ukrayna işğal olunsa, Moskvanı bombalayacağını bildirib

DÜNYA
12:36 / 29.05.2024
314

ABŞ-ın 45-ci prezidenti Donald Tramp seçki yarışı çərçivəsində donorlarla görüşü zamanı Rusiya və Çinin Ukrayna və Tayvanı işğal edəcəyi təqdirdə Moskva və Pekini bombalayacağını bildirib. 

HİT.az xəbər verir ki, bu barədə "The Washington Post"a mənbələr məlumat verib. 

Qəzetin yazdığına görə, respublikaçı bu cür bəyanatlarla bəzi donorları təəccübləndirib.

"Washington Post" qəzeti Trampın Rusiya və Çinlə bağlı dediyi sözlərlə bağlı əlavə təfərrüat təqdim etmir. Qəzetin materialı eks-prezidentin seçki kampaniyası üçün topladığı vəsaitə həsr olunub. Onun hazırkı prezident Co Baydenin varlılar və korporasiyalar üçün vergi endirimlərini uzatmaq niyyətində olmadığını iddia edərək, donorlardan milyonlarla dollar istədiyi deyilir.

Donald Tramp dəfələrlə bəyan edib ki, o, prezident vəzifəsinin icrasına başladıqdan sonra 24 saat ərzində Rusiya-Ukrayna münaqişəsinə son qoya biləcək. 2023-cü ilin noyabrında Volodimir Zelenski Trampa şəxsi görüşdə bunun niyə mümkün olmadığını izah etmək üçün Ukraynaya gəlməsini təklif edib. ABŞ-ın keçmiş prezidenti bu təklifi qəbul etməyib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, münaqişə bir gündə başa çatdırıla bilməyəcək qədər mürəkkəbdir. 

"The Telegraph" isə yazır ki, Tramp Rusiya-Ukrayna münaqişəsi üçün plan hazırlayıb. Onun təfərrüatları məlum deyil.

Samir

0