Ərdoğan: "Qəzzada bəşəriyyət, Avropada demokratiya ölür"

DÜNYA
14:54 / 29.05.2024
234

"BMT nəinki Qəzzada törədilən soyqırımı dayandıra bilmədi, həm də işçilərini xilas edə bilmədiyi üçün bir təşkilat olaraq öldü". 

HİT.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının parlamentdəki toplantısında çıxışı zamanı bildirib.

O qeyd edib ki, Rəfahda vəziyyət dözülməzdir.

"Doğrudanmı içinizdə bir damla insanlıq qalmadı? 15 min günahsız uşaqdan nə istəyirdiniz? Ey ABŞ, bu qan sizin də əlinizdədir. Bu soyqırıma görə siz İsrail qədər məsuliyyət daşıyırsınız. Qəzzada bəşəriyyət ölür, Avropada demokratiya ölür, söz azadlığı və uşaq hüquqları da ölür", deyə Ərdoğan bildirib.

Türkiyə lideri BMT-nin artıq faydası olmayan bir təşkilata çevrildiyi fikrini bildirib.

Daha əvvəl Ərdoğan bildirib ki, İsrailin baş naziri Benyamin Netanyahu və hökuməti Qəzza zolağında “insanlığa qarşı cinayətlər” nəticəsində adlarını Adolf Hitler və Benito Mussolini ilə eyniləşdirir.

Samir

0