Qəzza zolağında müharibə ən azı daha 7 ay davam edə bilər.
HİT.az xəbər verir ki, bunu İsrail Milli Təhlükəsizlik Şurasının rəhbəri Tzaçi Haneqbi deyib.
Rəsmi "i24" telekanalında bildirib ki, Qəzzada döyüşlər ən azı yeddi ay davam edəcək.
Haneqbinin sözlərinə görə, İsrail Qəzza ilə Misir arasında bufer zona olan Filadelfiya dəhlizinin 75%-ni ələ keçirib. O ümid etdiyini bildirib ki, İsrail ordusu (IDF) tezliklə silah qaçaqmalçılığını dayandırmaq üçün bütün dəhlizə nəzarət edəcək.
Mayın 26-da Fələstin Qızıl Aypara Cəmiyyəti İsrail Hərbi Hava Qüvvələrinin (IAF) Rafahın şimal-qərbindəki köçkünlər düşərgəsinə endirdiyi zərbədən sonra çoxlu itki və yaralıların olduğunu bildirib.
ABŞ və bir sıra Avropa ölkələrinin səlahiyyətli nümayəndələri İsrailin Rəfahdakı hərəkətlərini pisləyiblər.
Mayın 28-də məlum olub ki, Avropa İttifaqı xarici işlər nazirləri ilk dəfə olaraq İsrail Beynəlxalq Məhkəmənin Rəfah şəhəri də daxil olmaqla, hərbi əməliyyatları dayandırmaq qərarına əməl etmədiyi təqdirdə ona qarşı sanksiyaların tətbiqi imkanını müzakirə ediblər.
İclasda xarici işlər nazirlərinin İsrailin öhdəlikləri və BƏT-in qərarına əməl etməyə hazır olması ilə bağlı birbaşa sualları qaldıra bilməsi üçün Aİ-İsrail Assosiasiya Şurasının çağırılması tələb edilib.
Samir