ABŞ Çinin Rusiyaya yardımı məsələsində Avropaya təzyiq edir

20:25 / 29.05.2024
231

ABŞ dövlət katibinin müavini Kurt Kempbell deyib ki, Birləşmiş Ştatlar Avropa İttifaqı ölkələrini Çinin Rusiyaya yardımı təhlükəsinə inandırmaq üçün daha çox diplomatik səylər göstərməyə başlayıb. 

HİT.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

O, NATO-dakı avropalı diplomatlara bu cür əməkdaşlığın təhlükələri ilə bağlı bütün təfərrüatları və spesifikasiyalar barədə xəbərdarlığı şəxsən çatdırdığını vurğulayıb.

ABŞ dövlət katibinin müavini Çinin Rusiyaya yardımını "dərin narahatlıq" adlandırıb. Onun sözlərinə görə, Şimali Atlantika Şurasında keçirilən görüş zamanı bir çox avropalı liderlər “Rusiyaya yardım ediləcəyi təqdirdə Çinlə münasibətlərin normallaşdırılmasının qeyri-mümkün olması” ilə razılaşıblar.

Daha əvvəl “The Washington Post” yazıb ki, Çin Ukraynada münaqişə başlayandan sonra Rusiyaya silah tədarük etməyi planlaşdırırmış, lakin ABŞ prezidenti Co Baydenin zəngindən sonra mövqeyini dəyişib.

Bundan əvvəl ABŞ Çini Rusiyaya hərbi istehsalda istifadə oluna biləcək ikili təyinatlı mallar verməkdə ittiham edirdi. Çində keçirdiyi mətbuat konfransında danışan Blinken "Çin bu problemi həll etməsə, biz də həll edəcəyik" deyib. Onun sözlərinə görə, "Rusiya hərbi-sənaye kompleksini qidalandırmaq təkcə Ukraynanın deyil, həm də Avropanın təhlükəsizliyini təhdid edir", bütün G7 ölkələri bununla razılaşır.

Samir

0