Şimali Koreya Sarı dənizdə GPS siqnallarını tıxamağa başladı

DÜNYA
18:05 / 29.05.2024
240

Şimali Koreya Sarı dənizin bəzi hissələrində ABŞ-ın Qlobal Yerləşdirmə Sisteminin (GPS) siqnallarını tıxamağa başlayıb. 

HİT.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsi (JCS) məlumat yayıb.

Hərbçilərin məlumatına görə, Şimali Koreya tərəfindən müdaxilə mayın 29-da səhər saatlarında Sarı dənizdə demarkasiya xəttinin şimalında aşkar edilib. Aydındır ki, hazırda Şimali Koreyanın kommunikasiyaları kəsmək cəhdləri hərbi əməliyyatlar üçün problem yaratmır.

Mayın 26-da Şimali Koreyanın müdafiə nazirinin müavini Kim Qanq İl Şimali Koreya ərazisində Cənubi Koreyanın təbliğat materiallarının göründüyünü bəyan edib. O, xəbərdarlıq edib ki, buna cavab olaraq Şimali Koreya bütün Koreya Respublikasına tullantı kağızı və zibil səpəcək ki, "ölkə onu təmizləmək üçün nə qədər iş tələb olunduğunu anlasın".

Mayın 28-də axşam saatlarında plastik butulkalar, akkumulyatorlar, ayaqqabı hissələri və peyin kimi zibil daşıyan 150-dən çox şar Cənubi Koreya sərhədindən keçib. 

Samir

0