İsrail-HƏMAS müharibəsi: "Kənar müdaxilələr ola bilər"

DÜNYA
11:08 / 30.05.2024
420

"İsrailin Rəfaha daxil olması çox kritik addımdır". 

Bunu "Report" İnformasiya Agentliyinin əməkdaşı, siyasi analitik Kənan Novruzov Hit.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, artıq İsrail-HƏMAS müharibəsinin daha gərgin fazası başlayacaq:

"Artıq müharibənin daha çətin mərhələsinin şahidi olacağıq. Əslində İsrail-HƏMAS və ya Rusiya-Ukrayna kimi müharibələrdə savaş iki tərəf arasında keçsə də, prosesdə maraqlı olan daha çox sayda aktorlar olur. Yəni bir çox beynəlxalq güclərin bu proseslərdə birbaşa maraqları var". 

351503

Ekspert bildirib ki, bütün qüvvələr proseslərə öz maraqları konteksindən yanaşırlar:

"Düşünürəm ki, Yaxın Şərqdə davam edən müharibədə kənar müdaxilənin qarşısını almaq mümkün deyil. Bəlkə də müharibənin əvvəlində İsrail və HƏMAS-ın birgə səyləri nəticəsində bunun qarşısını almaq olardı. Amma artıq belə bir imkan yoxdur. Bu da o deməkdir ki, müharibənin daha da genişlənməsi üçün şərait yaranıb".

Kənan Novruzov hesab edir ki, İsrail-HƏMAS müharibəsi uzanacaq:

"Gələcək perspektivdə müharibənin genişlənməsi və digər aktorların proseslərə birbaşa müdaxilə ehtimalı da var. Necə ki, hazırda Ukraynada davam edən müharibəyə Fransanın və ya NATO-nun birbaşa müdaxiləsi ehtimallarından danışılır, eləcə də bu, Yaxın Şərqə aid ola bilər".

Pərviz

0