Maskın "Tesla" şirkəti çətin vəziyyətdə və xaos içindədir - "Bloomberg"

DÜNYA
13:17 / 30.05.2024
206

Amerikalı sahibkar İlon Maska məxsus elektrik avtomobil şirkəti "Tesla" çətin günlərdən keçir və xaos içindədir. 

HİT.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Jurnalistlərin sözlərinə görə, işçilər daim şirkətdən qovulur və buna görə də yerdə qalan mütəxəssislər mənən sarsılıb. Bundan əlavə, satışların durğunluğundan və "Tesla" səhmlərinin düşməsindən danışılır və bəzi investorlar şirkət rəhbərinin laqeydliyini tənqid etməyə başlayıblar.

"Tesla"nın təxminən 600 min səhminə sahib olan "Amalgamated Bank"ın Dayanıqlı İnkişaf üzrə direktoru İvan Frişberq qeyd edir ki, vəziyyətin müsbət istiqamətdə inkişaf etməməsi həm də şirkət rəhbərliyinin üzvlərinin gedişini göstərir.

Bloomberg yazır ki, investorlar Maskın tabeliyində olan digər müəssisələrin - X, "SpaceX", "Neuralink" və "The Boring Company"nin taleyi ilə bağlı narahat olmağa başlayıblar.

Samir

0