Tayvanın materik Çindən ayrılması Tayvan boğazında hərbi münaqişə demək olacaq.
HİT.az TASS-a istinadən xəbər verir ki, bunu Tayvan administrasiyasının rəhbəri Lay Qinqdenin vəzifəyə başlamasını şərh edən Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Vu Tsyan bildirib.
"Tayvanın müstəqilliyi müharibəyə bərabərdir, bölünmə sülhün olmamasıdır", deyə MN rəsmisi bildirib.
Mayın 28-də Çin Xarici İşlər Nazirliyi bildirib ki, ABŞ Çin və qonşuları arasında dəniz mübahisələrinə qarışmamalıdır.
Bir gün əvvəl irlandiyalı jurnalist Çey Boves deyib ki, ABŞ və Avropa İttifaqı Tayvanı milyardlarla dollarla silahlandırmaqla onu Ukraynanın taleyini təkrarlamağa sövq edir. Həmin gün Lai Qinqde deyib ki, Tayvan müdafiəsini gücləndirməyə davam edəcək və ABŞ-ın keçmiş prezidenti Ronald Reyqanın "güc vasitəsilə sülh" ideyasına əməl edəcək.
ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Maykl Makkol Taybeydə Lai Qinqde ilə görüşündən sonra keçirilən mətbuat konfransında Vaşinqtonun Tayvanı Ukrayna kimi köhnə silahlarla deyil, ən son silahlarla təmin edəcəyini bildirib.
Samir