Fransa prezidenti Emmanuel Makron Ukraynaya hərbi təlimatçılar göndərmək üçün Avropa koalisiyası yaratmağa ümid edir.
HİT.az xəbər verir ki, bu barədə "Le Monde" məlumat yayıb.
Nəşrin yazdığına görə, Ukraynaya koalisiyanın göndərilməsi bir neçə həftə, hətta günlər məsələsi ola bilər. Makronun gələn həftə Ukrayna prezidenti Volodimir Zelenskinin müttəfiqlərin 6-7 iyun tarixlərində Normandiyaya enişinin 80-ci ildönümünü qeyd etmək üçün Fransaya səfəri zamanı açıqlaması gözlənilir.
"Le Monde" yazır ki, ideya təlim ehtiyaclarını müəyyən etmək üçün bir neçə onlarla mütəxəssisin Ukraynaya göndərilməsidir. Daha sonra ora bir neçə yüz hərbi qulluqçu göndəriləcək. Bundan əlavə, istehkamçıların hazırlığı, həmçinin yeni motoatıcı briqadanın əsgərlərinin hazırlığı müzakirə edilir.
Fevralın sonunda Fransa prezidenti Emmanuel Makron Ukraynaya avropalı əsgərlərin göndərilməsini istisna etməyib. Daha sonra o, Parisin Ukrayna münaqişəsi ilə bağlı mövqeyinin dəyişdiyini təsdiqləyib. Onun sözlərinə görə, indi respublikaya kömək etmək üçün qırmızı xətlər, məhdudiyyətlər qalmayıb.
Samir