Finlandiya Praqada NATO xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə Ukraynaya yardıma bərabər maliyyə töhfəsi verməyi təklif etmək niyyətindədir.
HİT.az xəbər verir ki, bunu Finlandiyanın xarici işlər naziri Elina Valtonen deyib.
"Bu görüşdə bizim üçün ən vacib şey Ukraynaya olan dəstəyin səviyyəsini qısa, orta və uzunmüddətli perspektivdə artırmaqdır ki, yükün bərabər şəkildə bölüşdürülməsi, hamının iştirak etməsi mümkün olsun", deyə Valtonen görüşdən əvvəl bildirib.
Nazir qeyd edib ki, bütün NATO ölkələrinin Ukraynaya göndərə biləcəkləri qədər hərbi texnikası yoxdur.
"O zaman hətta silah verə bilməyən ölkələr də avro göndərə bilər, bu yolla biz Ukraynaya lazım olan imkanları təqdim edəcəyik", deyə nazir qeyd edib.
Mayın 31-də Polşanın Ukraynaya 45-ci hərbi yardım paketini hazırladığı barədə məlumat yayılmışdı. Bu barədə NATO ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü üçün Praqaya gələn Xarici İşlər Nazirliyinin rəhbəri Radoslav Sikorski bildirib.
Samir