Zelenski Consondan Trampı Ukraynaya kömək etməyə inandırmasını istəyib - "Guardian"

DÜNYA
20:28 / 31.05.2024
235

Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, o, Böyük Britaniyanın keçmiş baş naziri Boris Consondan ABŞ-ın keçmiş prezidenti Donald Trampı Konqresin Ukraynaya 61 milyard dollarlıq yardım paketini təsdiqləməsinin vacibliyinə inandırmasını istəyib.

HİT.az bu barədə "Guardian"a istinadən xəbər verir.

Aprel ayında Amerika hakimiyyəti Ukraynanın ehtiyacları üçün 61 milyard dollar ayırıb, Pentaqonun arsenallarından Kiyevə 1 milyard dollar dəyərində silah və sursat ayırıb və yeni hərbi texnika üçün daha 6 milyard dollarlıq sifariş verib.

“Zelenski həmçinin deyib ki, o, ABŞ Konqresində apreldə Ukraynaya 61 milyard dollarlıq yardımın təsdiqlənməsi üçün səsvermə öncəsi Böyük Britaniyanın keçmiş baş naziri Boris Consondan Donald Trampa təsir etməsini istəyib", deyə qəzet yazır.

Zelenskinin sözlərinə görə, ABŞ-ın yeni silahları Ukrayna Silahlı Qüvvələrinin şimal-şərqdəki əlavə briqadalarını təchiz etmək üçün hələ ki, kifayət qədər miqdarda Ukraynaya daxil olmayıb. Zelenski həmçinin müsahibəsində bildirib ki, Böyük Britaniya Rusiya Federasiyasına zərbə endirmək üçün Britaniya silahlarının istifadəsinə “100% icazə” vermir.

Samir

0