Litva Ukraynanın Belarusa zərbə vura biləcəyini istisna etmir

DÜNYA
22:33 / 31.05.2024
238

Litvanın xarici işlər naziri Qabrielius Landsbergis Ukraynanın Belarus ərazisinə zərbələr endirə biləcəyini istisna etməyib.

HİT.az xəbər verir ki, Praqada NATO xarici işlər nazirlərinin görüşü ərəfəsində nazirdən Ukraynanın “Belarusdakı hədəfləri vurmalı” olub-olmaması ilə bağlı sual verilib.

"Demək istədiyim odur ki, Ukrayna özünü müdafiə etmək qabiliyyətinə malik olmalıdır. Əgər Rusiya hədəflərinin hücuma məruz qala biləcəyindən ehtiyat edərək onları başqa yerə köçürə bilərsə, o zaman hesab edirəm ki, hədəf seçimi də dəyişdirilməlidir", deyə nazir bildirib.

Samir

0