Türkiyənin ilk milli peyki Türksat 6A orbitə buraxılmaq üçün ABŞ-yə göndərildi

DÜNYA
17:00 / 02.06.2024
276

Türkiyənin ilk yerli milli rabitə peyki Türksat 6A kosmosa buraxılmaq üçün iyunun 4-də ABŞ-nin Florida ştatındakı Hava Qüvvələri stansiyasına göndəriləcək.

"Report" xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.

Türksat 6A peykinin təhlili Kosmik Sistemlərin İnteqrasiyası və Sınaq Mərkəzində aparılıb.

“Ölkəmizin ən böyük tədqiqat layihəsini - Türksat 6A-nı uğurla başa vurduğumuzu qeyd etmək olar. Təxminən 17 saatlıq səyahətdən sonra peykimiz Hava Qüvvələri Stansiyasındakı "SpaceX" obyektinə enəcək və biz onu "SpaceX"ə məxsus "Falcon"da da sınaqdan keçirməyi planlaşdırırıq”, - nazir qeyd edib.

Peykin istehsalında TÜBİTAK Uzay, həmçinin C2TECH, ASELSAN, TUSAŞ şirkətləri iştirak edib. Uraloğlunun sözlərinə görə, onların əməyi sayəsində Türkiyə dünyanın aparıcı rabitə peykləri istehsalçılarından birinə çevrilib. İndi ölkə həm tam istehsalı həyata keçirə, həm də peyk hissələrini xaricə ixrac edə bilər.

0