Lukaşenko Ukraynada sülhün əldə olunması üçün şərt açıqladı

DÜNYA
23:33 / 03.06.2024
240

Belarus prezidenti Aleksandr Lukaşenko Ukraynadakı silahlı münaqişənin həllinin əsas şərtini açıqlayıb. 

Hit.az bu barədə TASS-a istinadən xəbər verir.

Belarus liderinin sözlərinə görə, ABŞ Ukraynada sülh istəsəydi, sabah gəlib masaya oturardı. Siyasətçi bildirib ki, Vaşinqtonun buna ehtiyacı yoxdur, ona görə də münaqişə tərəfləri “burada kimin haqsız, kimin haqlı olduğunu” özləri müəyyən etməli olacaqlar.

Lukaşenko əlavə edib ki, Birləşmiş Ştatlar Çinlə müstəqil şəkildə rəftar edə bilmək üçün Rusiyanı Ukraynaya qarşı müxalifətdə sqxlamaq istəyir.

Mayın 28-də Rusiya prezidenti Vladimir Putin “Qərb dostlarının” Rusiya Federasiyasının Ukraynadakı münaqişənin həlli üçün danışıqlardan imtina etməsi ilə bağlı bəyanatlarına təəccübləndiyini bildirib. O, bu ifadələri “sanki qulaqları yoxdur” sözləri ilə izah edib.

Putin həmçinin təklif edib ki, Qərb Ukraynada hakimiyyəti tədricən dəyişmək istəyir ki, yeni rəhbərlik əvvəlki qeyri-populyar qərarlara görə məsuliyyət daşımasın.

Samir

0