Fransanın baş naziri Qabriel Attal Ukraynada məğlubiyyət halında Şərqi Avropa ölkələrindən ən böyük miqrasiya dalğası ola biləcəyi riski barədə xəbərdarlıq edib.
Hit.az xəbər verir ki, o, bu barədə "Franceinfo" radiosunda danışıb.
“Rusiya Ukraynanı ələ keçirsə, o zaman qonşu ölkələrə - Polşada, Baltikyanı ölkələrə qaçan əhalinin hərəkəti baş verəcək, çünki onlar növbəti qurban olacağını düşünəcəklər”, deyə Attal bildirib.
Bundan əvvəl o, iddia edirdi ki, Rusiya Ukraynadakı münaqişədə qalib gəlsə, fransızlar üçün baha başa gələcək və buna görə də Kiyev dəstəklənməyə davam etməlidir.
Bundan bir qədər əvvəl “Le Figaro” qəzeti Ukrayna hakimiyyəti ilə danışıqlarda iştirak edən fransız rəsmiyə istinadən xəbər vermişdi ki, Ukrayna tərəfi 2025-ci ildə yeni hücuma başlamaq üçün Parisdən 2024-cü ildə dayanmağa kömək etməsini istəyir.
Samir