Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev KTMT ölkələrinin parlament palatalarının sədrləri ilə görüşündə respublikanın Taliban hərəkatını terrorçular siyahısından çıxardığını bildirib.
Hit.az xəbər verir ki, onun sözləri ölkə prezidentinin saytında dərc olunub.
“Qazaxıstan müasir Əfqanıstanla ticarət və iqtisadi əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyinə əsaslanaraq Taliban rejimini terrorçular siyahısından çıxarıb”, deyə Tokayev bildirib.
Prezidentin sözlərinə görə, Qazaxıstan hakimiyyəti Əfqanıstandakı Taliban rejiminin uzunmüddətli amil olduğunu başa düşür.
Bundan əvvəl məlum olub ki, Rusiya Federasiyası Xarici İşlər Nazirliyi Taliban hərəkatının terror təşkilatları siyahısından mümkün çıxarılmasının vaxtını hələlik açıqlamayıb. Bu barədə Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi, Xarici İşlər Nazirliyinin ikinci Asiya departamentinin rəhbəri Zamir Kabulov məlumat verib.
Amma Rusiya Xarici İşlər Nazirliyi Talibanın niyə terrorçular siyahısından çıxarıla biləcəyini izah edib.
Samir