Misir prezidenti Əbdülfəttah əs-Sisi baş nazir Mustafa Madbuliyə yeni kabinetin formalaşdırılması ilə bağlı göstəriş verib.
Hit.az xəbər verir ki, bu barədə Misir liderinin rəsmi nümayəndəsi Əhməd Fəhmi bildirib.
“Misir prezidenti Əbdülfəttah əs-Sisi ölkənin baş naziri Mustafa Madbulini qəbul edib, o, hazırkı hökumətin istefasını dövlət başçısına təqdim edib”, Fəhmi bildirib.
Qeyd olunur ki, Misirin yeni nazirlər kabinetinin formalaşdırılması vaxtı hələlik açıqlanmayıb.
Samir