Ukrayna prezidenti Volodimir Zelenski Filippindən olan həmkarı Ferdinand Markosdan Ukrayna əsgərlərinə kömək etmək üçün respublikaya mümkün qədər çox psixiatr göndərməyi xahiş edib.
Hit.az xəbər verir ki, bu barədə GMA məlumat yayıb.
Qeyd olunur ki, Zelenski müvafiq bəyanatı Filippində olarkən verib. Siyasətçi həmkarına deyib ki, Ukraynanın hazırda münaqişənin ön cəbhəsində olan ölkənin silahlı qüvvələrinin əsgərləri üçün daha çox psixi sağlamlıq mütəxəssislərinə ehtiyacı var.
Zelenski izah edib ki, ukraynalı döyüşçülərin psixi sağlamlıqlarını qorumaq üçün humanitar yardıma ehtiyacı var.
Markos cavab verib ki, ölkəsi psixi sağlamlıq işçilərini Kiyevə göndərməklə belə yardım təklif edə bilər. O vurğulayıb ki, Filippin səhiyyə sektorunda yardım göstərmək baxımından kifayət qədər yaxşı tanınır, bu, sülhməramlı proses çərçivəsində BMT qarşısında götürdüyü öhdəliklərin bir hissəsidir.
Filippin lideri qeyd edib ki, Ukraynaya, ilk növbədə, münaqişədə iştirak edən mülki şəxslərə və günahsız insanlara kömək etmək üçün əlindən gələni etməkdən şaddır.
GMA-nın məlumatına görə, Zelenski danışıqlar başa çatdıqdan qısa müddət sonra Filippinin paytaxtı Manilanı tərk edib.
Samir