ABŞ-ın keçmiş prezidenti Donald Tramp tərəfdarlarının mayda onun təkrar seçki kampaniyasına rekord məbləğdə - 300 milyon dollar ianə etdiyini açıqlayıb.
Hit.az xəbər verir ki, bu barədə o, "Truth" sosial şəbəkəsindəki hesabında yazıb.
“Trampın prezidentlik kampaniyası üçün rekord məbləğ toplanıb. Tramp kampaniyası və digər Tramp tərəfdarı təşkilatlar təkcə may ayında təxminən 300 milyon dollar toplayıb. Bu rekorddur!", deyə qeyd edilib.
Tramp bildirib ki, 141 milyon dollar 2 milyon insanın kiçik ianələrindən gəlib, onların 25%-i ilk dəfə 2024-cü ildə kampaniyasına pul verib.
Əvvəllər bildirilmişdi ki, münsiflər heyəti onu mayın 30-da keçmiş porno aktrisa Stormi Danielsə ödənişlərlə bağlı "Trump Organisation"ın maliyyə sənədlərinin saxtalaşdırılması ilə bağlı cinayət işi üzrə təqsirli bildikdən sonra Tramp bir gündə 50 milyon dollardan çox ianə toplaya bilib.
Respublikaçı bütün 34 ittiham üzrə təqsirli bilinib və ona iyulun 11-də hökm oxunması planlaşdırılır.
Samir