Birləşmiş Ştatlar Avropa ölkələrini öz nüvə silahlarını yaratmaqdan çəkindirmək və yayılma risklərini azaltmaq üçün onların ərazisinə nüvə silahı yerləşdirib.
Hit.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin silahlara nəzarət üzrə keçmiş müavini Rouz Qottemüller "RİA Novosti" agentliyinə müsahibəsində danışıb.
“ABŞ, Avropadakı NATO müttəfiqləri qarşısında geniş çəkindirmə öhdəliyinin bir hissəsi olaraq, həqiqətən də genişləndirilmiş çəkindirmə missiyasının bir hissəsi olaraq silahlar yerləşdirdi", deyə o bildirib.
Onun sözlərinə görə, bu missiya 1960-cı illərdə Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə (NPT) danışıqlarından irəli gəlir, o zaman Sovet İttifaqı NATO üzv ölkələrinin, xüsusilə də Almaniyanın öz nüvə silahlarını inkişaf etdirməsi və yerləşdirməsindən çox narahat idi.
Qottemüller əlavə edib ki, Birləşmiş Ştatlar və onun NATO müttəfiqlərinin nöqteyi-nəzərindən NPT Avropada nüvə silahlarının yayılmaması müqaviləsidir, çünki o, bir çox NATO müttəfiqlərinin nüvə silahı əldə etməsi və yerləşdirməsinin qarşısını alıb.
Samir