Məxfilikdən çıxarılan sənədlər Almaniyanın keçmiş kansleri Angela Merkelin və onun başçılıq etdiyi iki koalisiyanın tərəfdaşlarının şübhələrinə məhəl qoymadan Rusiyanın “Şimal axını 2” qaz kəmərinin tikintisinə qəsdən lobbiçilik etdiyini göstərir.
Hit.az xəbər verir ki, bu barədə “Suddeutsche Zeitung” Almaniya İqtisadiyyat Nazirliyinin məhkəmə qərarından sonra təqdim etdiyi daxili memoslara, səfirlik hesabatlarına və memolara istinadən yazır.
“7 il ərzində iki böyük koalisiya bu qaz kəmərini “özəl iqtisadi layihə” elan etdi, baxmayaraq ki, bunun üçün var gücü ilə mübarizə apardılar. 7 il ərzində onlar zəhlətökən milçəklər kimi partnyorlarının şübhələrini kənara atıblar”, deyə nəşr qeyd edir.
Nəşrin yazdığına görə, Merkel Berlinin Moskvadan enerji asılılığının gücləndirilməsinin vacibliyinə əmin idi. 2014-cü ildə İqtisadiyyat Nazirliyi bəyan etmişdi ki, Rusiya qazından tamamilə imtina yaxın illərdə və onilliklərdə mümkün deyil. 2015-ci ildə isə “Qazprom”un “Şimal axını 2” ilə bağlı planlarından xəbər tutan kansler Nazirlər Kabinetində layihəni dəstəkləmək, lakin gözlənilən müqavimətə görə ictimai şərhlərdən çəkinmək göstərişi verib.
Qeyd edildiyi kimi, 2022-ci ilin fevral ayına qədər hazırkı kansler Olaf Şolts da Rusiya Federasiyasından yanacaq idxalının qaçılmaz olduğuna əmin olaraq qaz kəmərinin “yolunu açmağa” çalışıb.
Samir