Rusiya Xarici İşlər Nazirliyinin ikinci Asiya departamentinin direktoru Zamir Kabulov bildirib ki, Talibanın qadınlara münasibəti və bu rejimin bəzi digər cəhətləri Rusiyanın xoşuna gəlmir.
Hit.az xəbər verir ki, onun sözlərini RBC sitat gətirir.
Diplomat vurğulayıb ki, Əfqanıstanın hazırkı hakimiyyəti bu ölkənin ərazisinə nəzarət edir və suveren rəhbərlikdir, buna görə də Rusiya Federasiyası onların suveren hüquqlarını nəzərə almalıdır.
“Bəli, onların təhsilə, qadın və qızların işinə münasibəti bizim xoşumuza gəlmir. İstərdik ki, bu məsələ bizim gördüyümüz kimi və bir çox başqa ölkələr kimi həll olunsun”, deyə diplomat vurğulayıb.
Eyni zamanda, Kabulov qeyd edib ki, Taliban başqa dövlətlərin strukturundan da narazı ola bilər, lakin onlara qarşı tələblər irəli sürməkdən çəkinir. Onun sözlərinə görə, Rusiya da daxili işlərə qarışmamaq prinsipini rəhbər tutur və Əfqanıstanda qadınların problemi ilə bağlı öz mövqeyini şərtdən çox arzu kimi irəli sürür.
2022-ci ilin martında Taliban orta və lisey şagirdlərinin dərslərə getməsini qadağan edib, 2022-ci ilin dekabrında isə qadağa ibtidai məktəbləri əhatə olunub.
Qadınlara ali məktəblərdə təhsil almaq və ya müəllim kimi işləmək qadağandır. 2022-ci ilin may ayından etibarən Əfqanıstanda hicab taxmaq məcburidir. Əfqan qadınlarının Kabil parklarını ziyarət etməsi də qadağandır. Ölkədə qadınlar beynəlxalq təşkilatlarda və QHT-lərdə işləməkdən tamamilə kənarlaşdırılıb.
Samir