Gürcüstanın baş naziri İrakli Kobaxidze Amerikanın xarici agentlər haqqında qanunla bağlı sanksiyaları haqda danışmasını qeyri-ciddi adlandırıb.
Hit.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Siyasətçinin sözlərinə görə, hakim Gürcü Arzusu Partiyasının rəsmi şəxslərinin ABŞ vizası ilə bağlı sanksiyalarla bağlı elektron məktublar alması barədə məlumatlar həqiqətə uyğun deyil.
“Sanksiyalar haqqında söhbətlər bizim üçün ciddi deyil, əgər kimsə bu barədə danışırsa, bu, onlar üçün əks-məhsuldardır”, deyə Gürcüstanın baş naziri izah edib.
Bundan əvvəl Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Mixail Qaluzin TASS-a müsahibəsində bildirib ki, Qərb oktyabra qədər Gürcüstanda yeni “Maydan” təşkil edə bilər.
O izah edib ki, Gürcüstandakı vəziyyət Rusiya sərhədi yaxınlığında növbəti gərginlik mənbəyinə çevrilə bilər.
Kobaxidze onu da bildirib ki, Gürcüstana nə “Maydan”, nə də Rusiyaya qarşı “ikinci cəbhə”nin açılması lazım deyil, çünki bu hadisələr müstəqil Gürcüstanın mövcudluğunun sonu ilə nəticələnə bilər.
Samir