Fəxrəddin Altun: "Qərbdən sifariş alan Türkiyə artıq mövcud deyil"

DÜNYA
17:41 / 04.06.2024
245

"Qərbdən sifariş alan Türkiyə artıq mövcud deyil, ölkənin indiki siyasəti müstəqilliyə söykənir".

Hit.az xəbər verir ki, bunu Türkiyə Respublikası Prezident Administrasiyasının kommunikasiya şöbəsinin rəhbəri Fəxrəddin Altun deyib.

“Biz bunu açıq və birmənalı deyirik: Qərbdən sifariş alan Türkiyə artıq yoxdur”, deyə o qeyd edib.

Altunun sözlərinə görə, ölkə öz müstəqil siyasət və strategiyalarını inkişaf etdirmək və beynəlxalq məsələlərdə tərəf olmaq bacarığını nümayiş etdirib. O, Qərb mediasının Türkiyəni yormaq üçün çalışmalarını davam etdirdiyinə diqqət çəkib. Altun bu istiqamətdə mübarizənin davam etdiyini vurğulayıb.

Mayın sonunda Türkiyə NATO-nun Rusiya və Ukrayna arasında münaqişəyə qarışmasına qarşı çıxıb. Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

Samir

0