Avstriya Belçikanın Macarıstanı Avropa İttifaqında səsvermə hüququndan məhrum etmək təklifini dəstəkləyib.
Hit.az xəbər verir ki, bu barədə “Politico” qəzeti ölkənin Xarici İşlər Nazirliyinin nümayəndəsinə istinadən məlumat yayıb.
O, Macarıstanın Aİ-də səsvermə hüququndan məhrum edilməsini Budapeştin Aİ Şurasına sədrliyi ərəfəsində xüsusilə məqsədəuyğun hesab edib.
Avstriya Xarici İşlər Nazirliyinin nümayəndəsi “Biz Macarıstana qarşı ciddi prosedura əməl olunmasını dəstəkləyirik” deyib.
Bir gün əvvəl məlum olub ki, Avropa İttifaqı Macarıstanı Aİ-yə gələcək sədrliyi dövründə veto hüququndan məhrum etmək üçün fövqəladə addımlar ata bilər.
Bundan əvvəl Macarıstanın baş naziri Viktor Orban Ukraynadakı münaqişəni 24 saat ərzində kimin bitirə biləcəyini açıqlamışdı. O xatırladıb ki, müharibəni insanlar aparır və onlar istəsələr barışa bilərlər. Orban qeyd edib ki, Donald Tramp prezident olarsa, bir gün ərzində Ukraynada atəşkəsə nail ola və sonra danışıqlara başlaya bilər.
Samir