Nyu-Yorkda hörümçək təhlükəsi

DÜNYA
20:46 / 05.06.2024
254

On ildən artıqdır ki, insan əli boyda olan Joro hörümçəkləri ABŞ-da yaşayır. Bu buğumayaqlılar təkcə sürünmür, həm də havada uça bilirlər.

 

Hit.az "New York Post" qəzetinə istinadən xəbər verir ki, adətən Şərqi Asiyada yaşayan Joro hörümçəkləri bu il Nyu-Yorka çata bilər. 

 

Jurnalistlər qeyd edirlər ki, bu hörümçəklərin milyonları Gürcüstanda yaşayır. Onlar artıq ABŞ-ın şimalındakı Merilend ştatına qədər yayılıblar. Yeni araşdırmalar göstərir ki, onlar bu yay Nyu York və Nyu Cersiyə sürünəcəklər.

 

Klemson Universitetinin professoru David Koyle "New York Post"a bildirib ki, Joro hörümçəklərinin ümumi diametri 7,5 sm-ə çata bilər, lakin bu buğumayaqlılar yalnız təhlükə hiss etdikdə dişləyə bilirlər. Koylun sözlərinə görə, belə hörümçəklər insanlar üçün o qədər də təhlükə yaratmır.

Samir

0