İsrail Hizbullaha qarşı kütləvi hücuma keçəcək: “Boş oturacağımızı düşünənlər çox yanılır"

DÜNYA
19:19 / 05.06.2024
278

İsrailin baş naziri Benyamin Netanyahu Livanda yerləşən Hizbullahın atəşə tutmasından sonra güclü meşə yanğınlarının başladığı ölkənin şimalına yollanıb.

Hit.az xəbər verir ki, İsrailin “şimalda son dərəcə güclü hərəkətlərə” hazır olduğunu qeyd edən Netanyahu bildirib:

"Kim bizə bir şey edə biləcəyini və geri çəkiləcəyimizi düşünürsə, çox yanılır”.

İDF general-leytenantı Herzi Halevi də təsdiqləyib ki, İDF Hizbullahın ölkənin şimalında demək olar hər gün həyata keçirdiyi hücumlar problemini həll etmək niyyətindədir:

“Biz artıq səkkiz aydır cavab veririk və Hizbullah bunun üçün çox yüksək qiymət ödəyir. Son günlər qüvvələrini artırıb və biz çox yaxşı hazırlıqdan sonra şimalda hücuma keçməyə hazırıq”.

İndi İsrail hökuməti şimalda İDF əməliyyatına hazırlaşır: bu gün İsrail silahlı qüvvələrinə səfərbər edilmiş ehtiyatda olan əsgərlərin sayı 300-dən 350 min nəfərə çatdırmağa icazə verilib.

CNN-in məlumatına görə, ABŞ rəsmiləri İsrailin Hizbullaha qurudan hücumunun qaçılmaz olmasından və yayda başlaya biləcəyindən narahatdırlar. Bu məlumatı Livan mənbələri də təsdiqləyir.

“İsrail Livanda böyük müharibə istəmir. İsrailin daha sərt zərbələri həmişə Hizbullahın eskalasiyasına reaksiyadır. Çox güman ki, İDF-nin Hizbullaha cavabı Rəfahdan yox, ümumilikdə Qəzza zolağında davam edən münaqişədən və İsrailin iki cəbhədə böyük müharibədən qaçmaq istəyindən asılı olacaq”, deyə Amerikanın Demokratiyaların Müdafiəsi Fondunun ekspertləri bildirir. 

Samir

0