Baş nazir onu güllələyən şəxsə nifrət etmir

DÜNYA
21:03 / 05.06.2024
277

Slovakiyanın baş naziri Robert Fiko bildirib ki, sui-qəsd onun sağlamlığına ciddi ziyan vurub. 

Hit.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

"Mən həmişə şəxsi həyatımı qorumuşam, ona görə də hücumun sağlamlığıma ciddi ziyan vurduğunu bildirməklə kifayətlənəcəyəm", deyə Fiko bildirib.

Fiko deyib ki, ona sui-qəsd təşkil edən şəxsə qarşı nifrət hiss etmir. Fiko “tənha dəlinin” ona atəş açdığına inanmadığını da söyləyib. Onun fikrincə, Juraj Tsintula müxalifət fəalıdır.

İyunun 3-də Slovakiyanın baş nazirinin müavini və müdafiə naziri Robert Kaliniak bildirib ki, payıza qədər Robert Fikonun tam sağalması barədə danışmaq mümkün olacaq. Kalinyak onu da bildirib ki, Fiko evdə tibbi reabilitasiya keçir.

Slovakiyanın baş nazirini güllələyən yazıçı Juraj Tsintula hazırda saxlandığı həbsxanadakı xəstəxananın psixiatriya şöbəsinə göndərilib.

Robert Fikoya sui-qəsd mayın 15-də baş verib. Baş nazir hökumətin iclasından sonra küçədə tərəfdarları ilə danışıb. Tsintula tapança ilə siyasətçiyə 5 dəfə atəş açıb və saxlanılıb. Sinə, bud və mədə nahiyəsindən yaralanan Fiko helikopterlə Bratislavadakı xəstəxanaya aparılıb.

Samir

0