ABŞ və müttəfiqləri HƏMAS-ı atəşkəsə razılaşmağa çağırır

DÜNYA
15:31 / 06.06.2024
290

ABŞ, Böyük Britaniya, Kanada, Almaniya və bir sıra digər dövlətlər birgə bəyanatda radikal HƏMAS qrupunu Co Baydenin Qəzzada daimi atəşkəs təklifi ilə razılaşmağa çağırıb.

Hit.az bu barədə "Reuters"ə istinadən xəbər verir.

“Bu kritik anda biz İsrail liderlərini, eləcə də HƏMAS-ı bu sazişi başa çatdırmaq üçün lazım olan hər hansı son kompromisləri etməyə çağırırıq”, bəyanatda deyilir.

Materialda qeyd edilir ki, müvafiq çağırış Argentina, Avstriya, Braziliya, Bolqarıstan, Kolumbiya, Danimarka, Fransa, Polşa, Portuqaliya, Rumıniya, Serbiya, İspaniya və Tailand liderləri tərəfindən də dəstəklənib.

ABŞ prezidenti Co Bayden mayın 31-də İsrail tərəfinin təklif etdiyi Qəzza zolağı ətrafında gərginliyin aradan qaldırılması üçün üç fazalı planı təqdim edib.

“Birinci mərhələ altı həftə davam edəcək. Bura tam atəşkəs, İsrail qoşunlarının Qəzzanın bütün məskunlaşmış bölgələrindən çıxarılması, qadınlar, qocalar və yaralılar da daxil olmaqla bir sıra girovların azad edilməsi, həmçinin yüzlərlə fələstinli məhbusun müqabilində azad edilməsi daxildir", Bayden bildirib.

Samir

0