Almaniya kriminallaşır: Bıçaqlı hücumlar sürətlə artır

DÜNYA
18:23 / 06.06.2024
334

Almaniya polisinin statistikasına görə, təkcə Şimali Reyn-Vestfaliyada bıçaqlı hücumların sayı keçən il təxminən 50% artaraq 2022-ci ildəki 4191 cinayətdən keçən il 6221-ə yüksəlib.

Hit.az xəbər verir ki, belə cinayətlərdə şübhəli bilinən hər üçüncü şəxsin yaşı 21-dən aşağıdır və bütün hücum edənlərin 87%-i kişilərdir.

Üstəlik, təqsirləndirilən şəxslərin təxminən yarısının (47,4%) Almaniya vətəndaşlığı yoxdur.

Təkcə Şimali Reyn-Vestfaliyada, Daxili İşlər Nazirliyinin məlumatına görə, keçən il bıçaqlı hücumlar nəticəsində 198 nəfər həlak olub. Belə cinayətlərin qurbanı olan hər üç nəfərdən birinin yaşı 21-dən aşağı olub. Ölənlərin 77%-i kişi, 62%-nin alman pasportu olub.

“Bıçaqların müəyyən yerlərdə qadağan edilməsi sadəcə çarəsizliyin əlamətidir. Polis tərəfindən mühasirəyə alınmayan küçə və meydanlarda bu cür qadağalara necə əməl edilməlidir?”, deyə kriminologiya professoru Fridrix Lösel sual edib.

Onun sözlərinə görə, Almaniya hökuməti “yalnız simptomlarla mübarizə aparır” və bu problemin strateji həllini təklif edə bilmir:

“Hadisəni törədənin ən azı kobud profili var. Xüsusilə ərəb ölkələrində kişilərin bıçaq gəzdirməsi adətdir. Bu cəsarətdir. Ancaq təbii ki, bu mədəniyyətlərdə belə, yalnız kiçik bir nisbət, bəlkə də beş faiz həqiqətən təhlükəlidir. Əgər Almaniyada odlu silahlara giriş ABŞ-dakı kimi asan olsaydı, cinayətkarlar da bıçaqdan çox silaha müraciət edərdilər”.

Ekspert hesab edir ki, bıçaqdan istifadə edilən cinayətlərin sayını azaltmaq üçün hakimiyyət orqanları riskləri diaqnostika etməli və yeni inteqrasiya tədbirləri tətbiq etməlidir.

Samir

1