Saakaşvilinin də sonu Navalni kimi olacaq?

DÜNYA
10:14 / 07.06.2024
434

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili uzun müddətdir həbsdə qalmağa davam edir.

Onun azadlığa buraxılması üçün bir çox addım atılsa da nəticəsiz qaldı. Dünyadan, xüsusən də Qərbdən Saakaşvilinin həbsdən azadlığa buraxılması ilə bağlı Gürcüstan hakimiyyətinə təzyiqlər oldu. Buna baxmayaraq, rəsmi Tiflis geri addım atmadı.

Son zamanlarda bəzi ekspertlər Mixail Saakaşvilinin həyatının təhlükə altında olduğunu söyləyirlər. İddialara görə səhhəti getdikcə pisləşən sabiq dövlət başçısı dünyasını dəyişə bilər. Daha dəqiq desək, onun sonunun Aleksey Navalni kimi ola biləcəyi deyilir.

Mövzu ilə bağlı Hit.az-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, Mixail Saakaşvili artıq gündəmdən düşmüş bir şəxsdir:

"Onun sonunun Aleksey Navalni kimi olacağını zənn etmirəm. Çünki Gürcüstan Rusiya deyil. Amma hazırkı proseslər Saakaşvilini Navalnidən də çətin vəziyyətə salıb. Hətta deyərdim ki, Mixail Saakaşvilinin vəziyyəti kifayət qədər çətindir. Onun həm səhhəti yaxşı deyil, həm də illərdir siyasətdən uzaqdır. Üstəlik, Saakaşvilinin tərəfdarları belə onun daha qayıtmayacağını düşünürlər".

Pərviz

0