Məşhur tennisçi məişət zorakılığı ittihamlarından azad edildi

DÜNYA
17:40 / 07.06.2024
278

Almaniya məhkəməsi tennisçi Aleksandr Zverevi məişət zorakılığı ittihamlarından azad edib.

Hit.az xəbər verir ki, 27 yaşlı Aleksandr Zverevə qarşı ifadəni onun keçmiş sevgilisi və qızının anası Brenda Patea verib.

Qadın tennisçini 2020-ci ilin mayında onu boğmağa çalışmaqda ittiham edib. Əvvəlcə məhkəmə Zverevə 450 min avro cərimə kəssə də, o, apellyasiya şikayəti verib. Bu gün Berlin Tierqarten rayon məhkəməsi ona qarşı ittihamları ləğv edib. 

BILD xəbər verir ki, Zverevin vəkilləri heç bir zorakılığın olmadığını sübut ediblər. Patea həkimlərə getməyib, ancaq boğulduğu iddia ediləndən dərhal sonra tennisçinin kartından istifadə edərək onlayn alış-veriş etdi. 

Məhkəmədə Patea göz yaşlarına boğulub və əvvəlki ifadəsindən imtina edib.

İndi Zverev onu yalan şahidlik və böhtana görə məhkəməyə verə bilər. BILD-ə görə, o, qızına görə bunu istəmir. 

Bundan əvvəl onun keçmiş sevgilisi Olqa Şaripova da tennisçiyə qarşı oxşar ittihamlar səsləndirmişdi. Sonra məhkəmə də tennisçinin tərəfini tutub.

Samir

0